Pekinə qarşı gizli ittifaq qurulur - ABŞ G20-dən nə tələb edir?
ABŞ G20 ölkələrinin Çin poladının tədarükünə qarşı məhdudlaşdırıcı ticarət tədbirlərini sərtləşdirməsinə nail olmaq istəyir.
TodayPress TV xəbər verir ki, bu mövqeyi ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir Miluoki şəhərində keçirilən G20 ticarət nazirlərinin görüşü çərçivəsində jurnalistlərlə söhbətində ifadə edib.
G20 ölkələrinin Çin poladının idxalına qarşı tədbirlərin sərtləşdirilməsi ilə bağlı ABŞ-nin mövqeyi ilə razı olub-olmaması barədə sualı cavablandıran Qrir bildirib ki, hər bir ölkə məqsədəuyğun hesab etdiyi addımı atacaq:
"Biz bu tədbirləri əlaqələndirmək istəyirik. ABŞ sərt tədbirlər görüb və yəqin ki, digər ölkələrin də analoji şəkildə davranması məqsədəuyğun olardı".
Ticarət nümayəndəsi əlavə edib ki, "iyirmilik" ticarət nazirlərinin görüşündə ABŞ poladəritmə sənayesində artıq istehsal güclərinə qarşı mübarizə üzrə fəaliyyətlərin əlaqələndirilməsi proqramını təqdim etməyi planlaşdırır. Onun sözlərinə görə, Vaşinqton ölkələrin bir hissəsinin artıq istehsal güclərinə malik ölkələrə qarşı "ticarət maneələri" tətbiq edəcəyinə ümid edir.
Aysel Mətləb