Bir il yarım sonra Bakıdan bu şəhərə uçuş başladı
AZAL bir il yarımlıq fasilədən sonra Bakı ilə Rusiyanın Həştərxan şəhəri arasında müntəzəm uçuşları bərpa edib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ilk Bakı-Həştərxan reysi 83 sərnişinlə həyata keçirilib. Əks istiqamətdə isə 103 sərnişin uçuş həyata keçirib.
Reyslər həftədə üç dəfə – çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək. Bakıdan uçuş saat 10:00-da həyata keçiriləcək. Uçuş müddəti orta hesabla 1 saat 25 dəqiqə təşkil edir.
Qeyd edək ki, Bakı ilə Qroznı arasında müntəzəm aviareyslərin də oktyabrın 27-dən bərpa ediləcəyi açıqlanıb. Uçuşları “Utair” aviaşirkəti həftədə üç dəfə həyata keçirəcək.
Kübra Musayeva