Nüvə silahı bu ölkədə yerləşdiriləcək - NATO qərar versə
Latviya prezidenti Edqars Rinkeviç ölkəsinin zərurət yaranacağı təqdirdə ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, Rinkeviç bunun NATO-nun kollektiv qərarı əsasında həyata keçirilə biləcəyini bildirib.
“Əgər belə bir zərurət yaranarsa və NATO bu barədə kollektiv qərar qəbul edərsə, nüvə silahı Latviyada yerləşdiriləcək. Qanunlarımızda nüvə silahının Latviyada yerləşdirilməsinə hüquqi maneə yoxdur”, - deyə o bildirib.
Kübra Musayeva