İsrail təyyarələri Tabuka buraxılmadı, sərnişinlər Səudiyyədə qaldı

İsrail təyyarələri Tabuka buraxılmadı, sərnişinlər Səudiyyədə qaldı
30.09.2026 22:58 Dünya

Səudiyyə Ərəbistanı İsrail hərbi təyyarələrinin ölkənin Tabuk şəhərinə enməsinə icazə verməyib.

TodayPress TV xəbər verir ki, qərar fövqəladə vəziyyət səbəbindən Səudiyyə Ərəbistanında qalan israilli sərnişinlərin ölkədən çıxarılması ilə bağlı müraciətdən sonra verilib.

Məlumata görə, Dubaydan Təl-Əvivə uçan “flydubai” təyyarəsində baş verən insidentdən sonra sərnişinlər Tabukda qalıb. İsrail onları götürmək üçün “Super Hercules” hərbi-nəqliyyat təyyarələri göndərməyə hazırlaşsa da, Səudiyyə Ərəbistanı bu təyyarələrin ölkəyə enməsinə icazə verməyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlər yoxdur.

Kübra Musayeva

XƏBƏR LENTİ
01 OKTYABR 2026
Bütün Xəbərlər