Pekin ŞƏT-i yeni mərhələyə çıxarmağa hazır olduğunu bəyan etdi
Dünya
14.07.2025 05:00
Çinin xarici işlər naziri Van İ Pekində Sergey Lavrovla görüş zamanı bildirib ki, Çin Rusiya və digər üzv ölkələrlə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) yeni mərhələyə çıxarmağa hazırdır.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, onun sözləri Çin XİN-in saytında yer alıb.
Van İ ŞƏT-in çoxtərəflilik prinsiplərinin dəstəklənməsi, strateji tərəfdaşlıq və Qlobal Cənub ölkələri arasında həmrəyliyin gücləndirilməsində əsas rol oynadığını deyib.
O qeyd edib ki, Çin təşkilatın gələcək inkişafı üçün strateji istiqamətləri formalaşdırmaq niyyətindədir. Nazir həmçinin 2025-ci ildə Çində Yaponiya üzərində qələbənin 80 illiyinin qeyd olunacağını xatırladaraq, bu münasibətlə Rusiya ilə birgə tədbirlər keçirməyə çağırıb.
Qiymət Mahir
tag: ŞƏT,Pekin,Van İ,Sergey Lavrov,Çin ,Rusiya,TodayPress TV,