Orban: "Üçüncü Dünya müharibəsi riski artır"

Orban: "Üçüncü Dünya müharibəsi riski artır"
26.07.2025 15:10 Dünya

Macarıstanın Baş naziri Viktor Orban, dünya ictimaiyyətini böyüməkdə olan Üçüncü Dünya müharibəsi təhlükəsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Orban bildirib ki, dünya müharibəsi ehtimalı durmadan artır və bu, müxtəlif ölkələrdə aparılan sorğularla da təsdiqlənir. 

O, bu narahatlıqları ciddi siqnal kimi qiymətləndirərək, beynəlxalq diplomatiyanın gücləndirilməsinin və qarşıdurmaların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər