Orban: 2026-cı il hərbi qərar ili olacaq

Dünya

31.12.2025 23:30

Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, 2025-ci il dönüş nöqtəsi olub, 2026-cı il isə müharibə və sülh baxımından Avropa üçün həlledici olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Orban "M1" televiziya kanalına müsahibəsində ötən ili yekunlaşdırarkən və gələcək perspektivləri açıqlayarkən deyib.

O qeyd edib ki, respublikaçı Donald Trampın ABŞ prezidentliyinə qayıdışı Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə sona çatacağına dair gözləntiləri artırıb, lakin Avropa İttifaqı liderləri Kiyevə hərbi yardımı davam etdirmək qərarına gəliblər:

"2025-ci il dönüş ili oldu, çünki mənim beynəlxalq siyasətə bütün iştirakım zamanı ilk dəfə olaraq amerikalılar və avropalılar strateji əhəmiyyət kəsb edən məsələdə əks mövqe tutdular", - hökumət başçısı bildirib.

TodayPress TV

tag: Viktor Orban,Macarıstan,Açıqlama,2026,Todaypress.tv,