NYT: “Zərbələr İranın nüvə proqramını cəmi 6 ay geriyə atdı”

Dünya

22.06.2025 17:00

ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində İranın nüvə proqramına ciddi zərbə vurulsa da, prosesin yalnız altı ay ləngidildiyi bildirilir.

TodayPress TV xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd B-2 bombardmançısı Fordo yaxınlığındakı yeraltı nüvə obyektinə təxminən 12 ədəd “GBU-57” tipli yeraltı sığınacaq əleyhinə bomba atıb. 

Həmin obyekt 80-90 metr dərinlikdə, qayalıq altında yerləşir və uranın zənginləşdirilməsi üçün əsas müəssisələrdən biridir.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ohayo” sinifli sualtı qayıqları Natanz və İsfahandakı obyektlərə ümumilikdə 30 qanadlı “TLAM” raketi atıb. Həmçinin, bir B-2 bombardmançısı Natanzda yerləşən digər nüvə obyektinə əlavə iki bomba buraxıb.

Qeyd olunur ki, Natanz da uranın zənginləşdirilməsi üzrə İranın əsas mərkəzlərindən biridir və orada hərbi infrastruktur da mövcuddur.

Lakin qəzet yazır ki, ABŞ rəsmilərinin ilkin qiymətləndirməsinə görə, bu genişmiqyaslı əməliyyata baxmayaraq, İranın nüvə proqramı maksimum altı ay geri salınıb.

Qiymət Mahir

tag: ABŞ,İran,Nüvə,İsrail,Todaypress.tv,