ABŞ bankları Trampa xidmətdən niyə imtina etdilər?

Dünya

06.08.2025 10:15

ABŞ-nin aparıcı bankları "JPMorgan Chase" və "Bank of America" Donald Tramp Ağ Evi tərk etdikdən sonra ona maliyyə xidməti göstərməkdən imtina ediblər. Bankların bu qərarı Cozef Bayden administrasiyası və ABŞ maliyyə tənzimləyicilərinin təzyiqi fonunda verilib.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, əsas səbəb 2021-ci il yanvarın 6-da baş vermiş Kapitoli hadisələri olub. Həmin hadisədən sonra Tramp “reputasiya riski” daşıyan şəxs hesab edilib və maliyyə qurumlarına xəbərdarlıq olunub ki, belə şəxslərlə əməkdaşlıq qayda pozuntusu kimi qiymətləndirilə bilər.

Bir bank rəhbəri bildirib ki, 6 yanvardan sonra Tramp narahatlıq doğuran fiqura çevrilib.

Qiymət Mahir

tag: ABŞ,"JPMorgan Chase","Bank of America",Donald Tramp ,Todaypress.tv,