Yeməkdən sonra duş qəbul etmək olmaz
İspaniyalı həkim Sara Marin Berbell yeməkdən dərhal sonra duş qəbul etməyin sağlamlıq üçün zərərli ola biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Vanitatis” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, yemək qəbulundan sonra bədənin qan dövranı əsasən mədə-bağırsaq sisteminə yönəlir ki, bu da qidanın effektiv həzm olunması üçün vacibdir. Lakin isti duş qəbul edildikdə orqanizm qan axınının bir hissəsini dərialtı qatlardakı damar sisteminə yönəldir, bu isə həzm prosesini ləngidə və orqanizmdə narahatlıq yarada bilər.
Berbell qeyd edib ki, bu vərdiş bəzi insanlarda qıcqırma, qarında ağırlıq və başgicəllənmə kimi əlamətlərə səbəb ola bilər. Bu cür halların intensivliyi fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər, lakin həkim ümumi tövsiyə kimi yeməkdən sonra 30-60 dəqiqə gözləməyi məsləhət görür.
Xüsusilə yay aylarında, insanların daha tez-tez su prosedurlarına üstünlük verdiyi dövrdə bu tövsiyə daha da aktuallaşır. Həkim vurğulayıb ki, orqanizmə qidanı rahat həzm etməsi üçün kifayət qədər vaxt verilməlidir.
Qiymət Mahir
tag: Həkim,Yemək,Duş,Həzm,todaypress.tv,