Niderlandda yeniyetmə partlayışla bağlı saxlanıldı
Dünya
04.09.2025 01:00
Çərşənbə günü gecə Niderlandın paytaxtı Amsterdamda polis ötən həftə silsilə partlayışların baş verdiyi şəhər küçələrindən birində partlayıcı qurğu tapdıqdan sonra 14 yaşlı yeniyetməni saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "NOS" məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs detonatoru binalardan birinin yaxınlığında işə salmağa cəhd edib, lakin partlayış baş verməyib. Hadisə yerinə Niderlandın Müdafiə Nazirliyinin Minalardan Təmizləmə Xidməti cəlb olunub və onun mütəxəssisləri təhlükəli obyekti müsadirə edib.
Yayım korporasiyası xatırladıb ki, ötən həftənin sonundan bu küçədə artıq üç partlayış baş verib. Onlar yerli yanğınlara səbəb olub, hadisələr zamanı heç kim xəsarət almayıb.
Amsterdam Bələdiyyəsi də öz növbəsində bu küçənin ərazisində bir ay müddətinə müşahidə kameralarının quraşdırılması barədə qərar qəbul edib.
tag: Niderland,Gənc,Partlayış,Saxlanılma,Todaypress.tv,