Günəşin cənub qütbündə nəhəng plazma buraxılışı qeydə alındı
Dünya
08.06.2025 21:15
İyun ayının 8-də, vaxtı ilə saat 12:00 radələrində Günəşin cənub qütbündə fövqəladə ölçüdə plazma buraxılışı baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının saytında məlumat yerləşdirilib.
Alimlərin bildirdiyinə görə, nadir ölçü və sıxlığa malik plazma buludu nəhəng Günəş protuberansının qeyri-sabitləşməsi nəticəsində yaranıb. Həmin protuberans Günəşin Yerdən görünməyən arxa tərəfində yerləşdiyindən bulud birbaşa müşahidə edilmir.
Protuberansın Günəşin kənarından qalxması bir neçə orbital kosmik teleskop tərəfindən qeydə alınıb.
Laboratoriyadan bildirilib ki, bu, iyunun əvvəlində baş vermiş və 2017-ci ildən bəri ən uzunmüddətli maqnit qasırğalarına səbəb olmuş hadisədən sonra bir həftə ərzində qeydə alınan ikinci böyük hadisədir.
Qeyd edək ki, Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutu iyunun 4-də 66 saat fasiləsiz davam edən maqnit qasırğasının sona çatdığını açıqlamışdı.
Qiymət Mahir
tag: Günəş,Cənub,Plazma,Qalaktika,todaypress.tv,