Belarus prezidentliyinə namizədin oğlu Ukraynada həlak oldu
Dünya
21.10.2025 18:00
Rusiya tərəfində döyüşən və itkin düşmüş hesab olunan Belarus prezidentliyinə namizədin oğlu İvan Us Ukraynada həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin tərkibində fəaliyyət göstərən Birləşmiş Qüvvələr Komandanlığı məlumat yayıb.
Məlumata görə, belaruslu muzdlu İvan US cari ilin yanvarında müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə qoşulub. Lakin iki ay sonra, yəni mart ayında onunla əlaqə itib və itkin düşmüş hesab olunub. Oktyabr ayında Ukrayna tərəfindən təhvil verilən Rusiya əsgərlərinin meyitləri arasında İvan Usun qalıqları da aşkarlanıb və şəxsiyyəti müəyyən edilib.
Onun atası sonuncu Belarus prezident seçkilərində namizəd olub, lakin cəmi 0.4% səs toplayaraq uğursuz olub.
tag: Rusiya,Döyüş,Həlak,Müharibə,Todaypress.tv,
