Qlobal bazarlarda ticarət gərginliyi artdı: ABŞ-nin yeni tarifləri tərəddüdlərə səbəb olur

Dünya

01.08.2025 12:00

Qlobal maliyyə bazarında iqdisadi qeyri-müəyyənlik, ABŞ-nin tətbiq etdiyi yeni gömrük tarifləri və bu fonda investorların ehtiyatlı mövqeyi riskləri artırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp “qarşılıqlılıq prinsipi” əsasında hazırlanan yeni fərmanı imzalayaraq Hindistan, İsrail, İsveçrə, Suriya, Tayvan və digər ölkələrə qarşı 10-41% arasında dəyişən gömrük rüsumları tətbiq olunacağını elan edib. 

Analitiklər vurğulayıblar ki, bu tariflər qlobal inflyasiya və iqtisadi artım üzərində əlavə təzyiq yaradır və Mərkəzi Bankların siyasət qərarlarında tərəddüdlərə səbəb olur. ABŞ Federal Ehtiyat Sistemi son toplantısında faizləri dəyişməsə də, sədr Ceyrom Pauell, bəzi malların qiymətlərində tariflərin artıq hiss olunduğunu bildirib.

Aysel Mətləb

tag: ABŞ,Tariflər,Donald Tramp,Todaypress.tv,