Netanyahu Qəzzada yeni hökumətin qurulması üçün şərt irəli sürdü
Dünya
31.12.2025 12:05
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında yeni idarəetmənin yalnız HƏMAS-ın silahsızlaşdırılması halında mümkün olacağını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Fox News” telekanalına verdiyi müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, HƏMAS silahsızlaşdırılarsa, Qəzzada yeni bir hökumətin qurulması mümkündür, lakin hərəkat silahlı olaraq qaldığı müddətdə potensial yeni hökumət Fələstin anklavında fəaliyyətə başlaya bilməz.
Baş nazir əlavə edib ki, beynəlxalq qüvvələrin köməyi ilə və ya başqa yollarla HƏMAS-ın tərksilah edilməsi mümkün olarsa, Qəzza üçün fərqli bir gələcəyin formalaşacağını görür.
O vurğulayıb ki, tərksilah məsələsində əsas maneə yalnız bu addımın atılmamasıdır və hər kəs bunun vacibliyini anlayır. Netanyahu bildirib ki, HƏMAS da bu reallığı başa düşür, lakin silahı yerə qoymaq istəmir. Onun fikrincə, məsələ HƏMAS-la danışıqlar aparmaq deyil, çünki bu hərəkat mövcudluğunu davam etdirməməlidir. Baş nazirin sözlərinə görə, bunu ən çox istəyənlərdən biri də Qəzza sakinlərinin özləridir.
Aysel Mətləb
tag: İsrail,Qəzza,HƏMAS,Netanyahu,Todaypress.tv,
