Netanyahu İsrail-İran münasibətlərindən danışdı
Dünya
31.12.2025 15:00
"İsrail hökuməti İranla qarşıdurmanın dərinləşməsində maraqlı deyil".
TodayPress TV xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz gərginliyin artmasına çalışmırıq. Ümid edirəm ki, onlar da bunu istəmirlər", - deyə o əlavə edib.
Baş nazir həmçinin İranın son dövrlərdə raket sınaqları keçirdiyini xatırladaraq gərginliyin artmayacağına ümid etdiyini deyib:
"Nüvə proqramına gəldikdə isə, deyərdim ki, onlar cəhd edirlər. Amma əmin deyiləm ki, onlar sərhədi keçmək qərarına gəliblər, çünki ABŞ Prezidenti Donald Trampın xəbərdarlıqlarını eşidib və bir ildən az müddətdə bu təcrübəyə sahib olublar".
Xatırladaq ki, Tramp Tehranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bəyan edib.
Aysel Mətləb
tag: İsrail,İran,Netanyahu,Tramp,Todaypress.tv,
