Nepalda həbsxanalardan qaçan 5500 nəfər saxlanıldı

Dünya

19.09.2025 17:33

Nepalın hüquq-mühafizə orqanları ötən həftə baş verən genişmiqyaslı iğtişaşlar nəticəsində həbsxanalardan qaçan 5,495 məhbusu saxlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Nepal News" məlumat yayıb.

Məlumata görə, hazırda 8,800-dən çox məhbus hələ də azadlıqdadır. Ölkə üzrə 27 cəzaçəkmə müəssisəsindən ümumilikdə 13,600 nəfər qaçıb. Etirazlardan əvvəl Nepal həbsxanalarında 29,000-dən çox məhbus saxlanılırdı. Qaçanlar arasında 964 azyaşlı məhkum da olub və onların 244 nəfəri artıq geri qaytarılıb.

Xatırladaq ki, iğtişaşlar Katmandu və digər şəhərlərdə korrupsiyaya və sosial media məhdudiyyətlərinə qarşı keçirilən etiraz aksiyalarından sonra başlayıb. Etirazlarda əsasən "Gen-Z" gənclər hərəkatının üzvləri və tələbələr iştirak ediblər. Aksiyaçılar hökumət binalarını, o cümlədən parlament, Ali Məhkəmə və prokurorluq binalarını yandırıblar, siyasətçilərin və məmurların evlərinə hücum ediblər.

İğtişaşlar nəticəsində 70-dən çox insan həlak olub, 1,300-dən çox insan isə yaralanıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nepal,Etiraz,İğtişaş,Polis,Todaypress.tv,