Navrotski Polşanın yeni prezidenti vəzifəsinin icrasına başladı
Dünya
06.08.2025 13:04
Karol Navrotski rəsmi olaraq Polşa Prezidenti vəzifəsinə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb.
Andiçmə mərasimi avqustun 6-da parlamentin aşağı və yuxarı palatalarını birləşdirən Milli Məclisin iclasında – Seym və Senatın birgə sessiyasında keçirilib. O, rəsmi olaraq Andjey Dudanı əvəz edib.
Tədbiri Polşa Seyminin marşalı Şimon Qolovnya açıb.
Təntənəli mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Seymin spikeri auditoriyanı salamlayaraq Karol Navrotskini and içməyə dəvət edib.
Navrotskinin andiçməsindən sonra o, “Hüquq və Ədalət” (PiS) partiyasının deputatları tərəfindən alqışlarla qarşılanıb.
Mərasimdə artıq keçmiş prezident sayılan Andjey Duda və həyat yoldaşı, həmçinin baş nazir Donald Tusk və hökumət üzvləri iştirak ediblər.
Töhfə Səməd
tag: Karol Navrotski ,Andiçmə ,Polşa , Prezident,Todaypress.tv,