NATO sammiti qısaldılır

NATO sammiti qısaldılır
18.06.2025 18:00 Dünya

2025-ci ildə keçiriləcək NATO sammiti ABŞ prezidenti Donald Trampın uzun görüşlərə qarşı narazılığını nəzərə alaraq qısaldılacaq.

TodayPress TV xəbər  verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti sammit təşkilatçılarına istinadən məlumat yayıb.

Sammitin Niderlandın Haaqa şəhərində keçiriləcək versiyasında əvvəlki illərlə müqayisədə format dəyişdirilib. Trampın uzunmüddətli tədbirlərə qarşı səbirsizliyi və bir məsələ üzərində uzun müddət diqqət cəmləyə bilmədiyi səbəbindən, üç ayrı-ayrı sessiya əvəzinə yalnız bir əsas iclas təşkil olunacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər