NATO Gürcüstan və Ukraynanın üzvlüyünü gündəmə gətirmir

NATO Gürcüstan və Ukraynanın üzvlüyünü gündəmə gətirmir
18.06.2025 14:54 Dünya

"NATO yaxın və orta müddətli perspektivdə nə Gürcüstanın, nə də Ukraynanın alyansa üzv qəbulunu müzakirə etmir".

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

“Gürcüstanla NATO arasında münasibətlərə gəlincə, son dövrlərdə hadisələrin necə inkişaf etdiyini görürsünüz. NATO bəyan edir ki, nə yaxın, nə də orta müddətli perspektivdə Ukrayna və Gürcüstanın üzvlüyü müzakirə mövzusu deyil. Bu, bir faktdır. Gələcəkdə hadisələrin necə inkişaf edəcəyini görəcəyik”, – deyə Baş nazir vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər