NATO-da yeni problemli ölkə: İspaniya Kanadanı əvəz etdi

Dünya

25.06.2025 11:33

Müdafiə xərclərinin azlığı səbəbindən NATO-nun əsas “baş ağrısı” sayılan ölkə əvvəlcə Kanada idisə, indi bu mövqeyə İspaniya keçib.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, İspaniya NATO-nun müdafiə xərclərinin ÜDM-in 5%-nə qədər artırılması tələbinə qarşı çıxır və bu səbəbdən alyans daxilində narazılıq yaradıb.

Xatırladaq ki, bundan əvvəl Kanada NATO ölkələri arasında hərbi büdcəyə ən az vəsait ayıran üzvlərdən biri kimi tez-tez tənqid olunurdu. İspaniyanın müqaviməti fonunda bu status indi ona keçib.

Hazırda NATO-nun rəsmi göstəricisinə görə, üzv ölkələrdən hər biri müdafiə üçün ÜDM-in ən azı 2%-ni ayırmalıdır. ABŞ və bir sıra Avropa ölkələri isə bu həddi 5%-ə qədər artırmağı təklif edir.

Qiymət Mahir

tag: İspaniya,Kanada,ÜDM,ABŞ,NATO,Todaypress.tv,