Papuaşvili: "Britaniya səfirliyi beynəlxalq hüququ pozur"

Dünya

19.06.2025 16:22

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, Böyük Britaniyanın Tbilisidəki səfirliyinin və səfir Qaret Uordun fəaliyyəti Vyana Konvensiyasının müddəalarına ziddir və Gürcüstanla imzalanmış strateji tərəfdaşlıq razılaşmasını zərbə altına alır.

TodayPress TV xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

Papuaşvilinin sözlərinə görə, Böyük Britaniya səfirliyinin qanun pozuntularından danışması onların özlərinə zərər vurur: “Əgər səfirlik qanun pozuntularından danışmaq istəyirsə, əminliklə deyirəm ki, bu dialoq və ya platforma onlar üçün zərərlidir. Çünki elə çoxsaylı maddələr və konvensiyalar var ki, həm səfirlik, həm də səfirin özü tərəfindən pozulub”.

Bundan öncə Böyük Britaniyanın Tbilisidəki səfirliyi açıqlama yayaraq Gürcüstanla əməkdaşlığın ortaq demokratik dəyərlərə və vətəndaş cəmiyyətinin dəstəyinə əsaslandığını xatırladıb. Səfirlik bəyan edib ki, sözügedən təşəbbüslər Gürcüstan hökumətinin dəstəyi ilə həyata keçirilib və bu fəaliyyətin “təbliğat və ekstremizmin maliyyələşdirilməsi” kimi təqdim olunmasını qəti şəkildə təkzib edir.

Papuaşvili isə bildirib ki, səfirin hərəkətləri beynəlxalq diplomatik münasibətləri tənzimləyən hüquqi normaları, eləcə də Gürcüstanla Britaniya arasında bağlanmış strateji tərəfdaşlıq razılaşmasını pozur.

Töhfə Səməd

tag: Gürcüstan ,Şalva Papuaşvili,Böyük Britaniya,Qaret Uord,Vyana Konvensiyası,todaypress.tv,