Lyayen: "Serbiya seçimini etdi"
Dünya
15.10.2025 22:30
Avropa Birliyinə üzvlük Serbiya üçün strateji öhdəlik və xarici siyasət prioritetidir.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradda səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə mətbuat konfransında deyib.
O, ölkədə tənzimləyici qurum və seçici siyahıları ilə bağlı görülən işlərin AB tərəfindən müsbət qiymətləndiriləcəyinə ümidvar olduğunu bildirib.
“Serbiya AB-yə daxil olmaq seçimini etdi və biz ölkənin öz yolu ilə ikiqat sürətlə irəliləyəcəyini gözləyirik. Nümunə olaraq, 2022-ci ildəki enerji böhranını götürün, bunun kəskin təsiri oldu və biz bununla məşğul olduq. Siz bizə arxalana bilərsiniz. Serbiyanı AB-nin qaz tədarükü mexanizminə qoşulmağa dəvət etmişik”, - Lyayen də öz növbəsində qeyd edib.
Jalə Rövşən
tag: Serbiya,Avropa Birliyi,Ursula fon der Leyen,Aleksandr Vuçiç ,Todaypress.tv,
