Moskva və Kiyev “1000-ə qarşı 1000” əsir mübadiləsi üzərində işləyir

Dünya

22.05.2025 14:11

“Rusiya və Ukrayna arasında 16 mayda İstanbulda keçirilən danışıqlarda razılaşdırılmış “1000-ə qarşı 1000” formatında əsir mübadiləsi üzrə işlər kifayət qədər operativ şəkildə davam edir”.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistlərə açıqlama verib.

“Bu məsələ kifayət qədər çətin və vaxt aparan bir prosesdir. Hazırda konkret adlar üzrə mübadilə istiqamətində iş aparılır. Söhbət minlərlə insandan gedirsə, bu, zaman tələb edir. Amma bir daha deyirəm, bu iş yetərincə operativ şəkildə davam edir” deyə Peskov bildirib.

Kreml nümayəndəsi qeyd edib ki, həm Rusiya, həm də Ukrayna bu mübadilənin mümkün qədər tez baş tutmasında maraqlıdır.

Qiymət Mahir

tag: Rusiya ,Ukrayna,İstanbul,Əsir mübadiləsi,todaypress.tv,