Merts Trampa Ukraynaya dəstəyə görə təşəkkür etdi

Dünya

18.07.2025 09:19

Almaniyanın kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampa Ukraynaya dəstəyə görə təşəkkür edib, amma silahların əvəzlənməsi ilə bağlı planların aydın olmasının vacibliyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Mertsin fikrincə, bu, Rusiya prezidentinə təzyiqləri artıracaq və onu danışıqlara sövq edəcək.

ABŞ prezidenti Donald Tramp iyulun 14-də Ukraynaya yeni silahlar, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemləri verəcəyini deyib.

İki gün sonra Almaniya Müdafiə Nazirliyinin sözçüsü Mitko Müller bildirib ki, ABŞ və NATO bu silahların Ukraynaya necə göndəriləcəyini hələ də müzakirə edir. Onun sözlərinə görə, bu proses aylar çəkə bilər, çünki belə sistemləri dərhal göndərmək mümkün deyil.

Türkan İsgəndərli

tag: Almaniya,ABŞ,Avropa,Tramp,Todaypress.tv,