Rusiya ilə NATO arasında toqquşmanın qaçılmaz olduğu proqnozlaşdırılır

Dünya

09.10.2025 15:35

Alman tarixçisi və İkinci Dünya Müharibəsi üzrə mütəxəssis Sönke Neitzel yaxın üç ildə Rusiya ilə NATO qüvvələri arasında hərbi toqquşma ehtimalının yüksək olduğunu bildirib.

TodayPress TV “Bild” nəşrinə istinadən xəbər verir ki, Neitzel Almaniyanın sülh dövrünü artıq geridə qoyduğunu, lakin hələ müharibə vəziyyətində olmadığını qeyd edib.

Onun sözlərinə görə, toqquşma Litvada baş verə bilər:

“Gələn il, bir il sonra və ya üç ildən sonra — kim bilir? Amma təhlükə realdır”.

Tarixçi Almaniya hökumətini dron əleyhinə müdafiə sistemlərinə daha çox sərmayə yatırmağa çağırıb.

Qeyd edək ki, yaxın günlərdə NATO Quru Qoşunları Komandanlığı Finlandiyanın Rusiya sərhədinə yaxın Mikkeli şəhərində fəaliyyətə başlayıb.

Jalə Rövşən

TodayPress TV

tag: NATO ,Rusiya,Toqquşma,Sönke Neitzel,Todaypress.tv,