Pavel Durov: "Məhvə gedirik!"
Dünya
11.10.2025 13:30
Teleqramın qurucusu və milyarder Pavel Durov 41 yaşını qeyd etməyəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Durov paylaşımında dünyanın azadlığını itirdiyini və insanların əsas azadlıqları itirmək riski ilə üz-üzə qaldığını bildirib.
O, bir vaxtlar azadlıq simvolu olan internetin indi nəzarət alətinə çevrildiyini vurğulayıb və Böyük Britaniya, Avstraliya, AB və Almaniyada tətbiq olunan rəqəmsal və nəzarət tədbələrinə diqqət çəkib.
Durov insanları atalarının qoyduğu irsi məhv etməyə və saxta dəyərlərə inanmağa məcbur edən müasir cəmiyyətin təhlükələrindən danışıb, o cümlədən paylaşımını ad gününü qeyd etməyəcəyini deyərək yekunlaşdırıb.
Qeyd edək ki, Pavel Durovun 41 yaşı 10 oktyabrda tamam olub.
Jalə Rövşən
tag: Pavel Durov,Teleqramın qurucusu,Doğum günü,Saxta dəyərlər,Todaypress.tv,
