Mərkəzi banklar qızıl ehtiyatlarını artırmağa hazırlaşır
Növbəti beş il ərzində dünya üzrə mərkəzi bankların ehtiyatlarında qızılın payının artacağı, dolların isə azalacağı gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə "RBC-Ukraina" Dünya Qızıl Şurasının (WGC) yeni sorğusuna istinadla məlumat yayıb.
Sorğuya əsasən, qlobal mərkəzi banklar son üç ildə qızıla marağı xeyli artırıb. Bu tendensiya qızılın qiymətində rekord artım fonunda baş verir – yalnız bu ilin aprelində qızılın bir unsiyasının qiyməti 3500 ABŞ dollarına yüksəlib ki, bu da 2022-ci ilin fevralından (Rusiya-Ukrayna müharibəsinin başlanğıcından) bəri 95%-lik artım deməkdir.
25 fevral–20 may tarixləri arasında keçirilən sorğuda iştirak edən 73 mərkəzi bankın 76%-i, beş il sonra ehtiyatlarındakı qızıl payının artacağını bildirib. Bu göstərici ötən il 69% idi.
Qiymət Mahir