Malayziya Rusiya və Çinlə yaxınlaşır
Dünya
24.05.2025 13:55
Malayziyanın Baş naziri Anvar İbrahim ölkəsinin xarici siyasət kursunu Şərqə yönəldir və Rusiya ilə Çinlə münasibətləri gücləndirməyə çalışır.
TodayPress TV xəbər verir ki, “South China Morning Post” nəşrinin yazdığına görə, İbrahimin Moskva səfəri ABŞ və Qərb dövlətlərində narahatlıq yaradıb.
Onlar Malayziyanın Qərbdən uzaqlaşaraq Çin və Rusiya ilə dərinləşən əlaqələrindən ehtiyat edirlər.
Nəşr vurğulayıb ki, Anvar İbrahimin bu kursu Malayziyanın Qərbdən iqtisadi asılılığını azaltmaq və Asiya dövlətləri ilə ticarət əlaqələrini genişləndirmək məqsədi daşıyır. Analitiklər isə Baş nazirin bu addımını riskli hesab edir və onu Pekin və Moskva ilə həddən artıq yaxınlaşmaqda ittiham edirlər.
SCMP həmçinin qeyd edib ki, Rusiya Malayziyanın BRICS-ə üzvlük müraciətini ilk dəstəkləyən ölkələrdən biri olub və bu blok artıq “Böyük yeddilik” üçün alternativ kimi görülür.
Qiymət Mahir
tag: Malayziya ,Anvar İbrahim,Şərq,Rusiya ,Çin,todaypress.tv,