Tramp-Paşinyan görüşü başa çatdı, sənədlər imzalandı - YENİLƏNDİ2

Dünya

08.08.2025 23:48

Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş başa çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

Görüşdə bir sıra məsələlərlə yanaşı, Ermənistan-ABŞ strateji tərəfdaşlığının dərinləşdirilməsi, Ermənistanın irəli sürdüyü “Sülh Çevrəsi” (Peace Crossroads) təşəbbüsü və Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunub.

Görüşün nəticəsi olaraq Ermənistan və ABŞ arasında bir sıra sənədlər imzalanıb.

Töhfə Səməd 


***


23:41


ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş təxminən 20 dəqiqə davam edib.

***

23:30

ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.

TodayPress TV xəbər verir ki, görüşdə Ermənistan-Amerika əməkdaşlığı ilə bağlı sənədlər imzalanıb.

tag: ABŞ,Donald Tramp,Ermənistan,Paşinyan,Todaypress.tv,