Makron iki ölkəyə çağırış etdi: "Rusiyaya təzyiqi artırın"

Dünya

05.06.2025 17:28

Fransa prezidenti Emmanuel Makron Braziliya və Çini Rusiya ilə bağlı daha fəal diplomatik mövqe sərgiləməyə çağırıb. Bu barədə o, iyunun 4-də Parisdə Braziliya prezidenti Luis İnasiu Lula da Silva ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

TodayPress TV xəbər verir ki, Makronun fikirləri Yelisey Sarayının “X” sosial şəbəkəsində yayımlanan canlı yayım zamanı səsləndirilib.

Fransa lideri bəyan edib ki, artıq Çin Xalq Respublikasının sədri Si Cinpinə müraciət edərək Moskvanın mövqeyinə təsir göstərmək üçün diplomatik addımlar atmağa çağırıb.

“Hazırda biz – avropalılar, amerikalılar, çinlilər, braziliyalılar və hindistanlılar – hamımız birlikdə Rusiyanı münaqişəni dayandırmağa sövq etmək üçün nə mümkündürsə, etməliyik”, – deyə Makron vurğulayıb.

O, həmçinin bildirib ki, Braziliya sülh prosesində mühüm rol oynaya bilər.

Qiymət Mahir

tag: Makron,Fransa,Çin,Yelisey,Braziliya,todaypress.tv,