Tusk Rusiyanı təxribatlarda ittiham etdi
Dünya
02.10.2025 13:45
Polşanın Baş naziri Donald Tusk bildirib ki, Rusiya Baltik dənizində və regionda mütəmadi şəkildə təxribat xarakterli hərəkətlər edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Onun sözlərinə görə, sonuncu insident Polşanın Şeçin limanı yaxınlığında qeydə alınıb.
Qeyd edək ki, həmin gecə Polşada bir neçə pilotsuz təyyarə qəzaya uğrayıb. NATO-ya məxsus qırıcı təyyarələr havaya qaldırılıb, lakin hadisələr zamanı koordinasiyalarda problem yaşanıb və nəticədə bir neçə hava limanı müvəqqəti olaraq bağlanıb.
Baş nazir Tusk insidentləri “görünməmiş vəziyyət” adlandırıb və bu təxribatların arxasında Rusiyanın dayandığını bildirib. Yerli media artıq Polşa ərazisində tapılmış Rusiya istehsalı PUA-ların olduğunu bildirib.
Türkan İsgəndərli
tag: Tusk,Rusiya,Təxribat,Baltik,Todaypress.tv,
