İrəvan və London strateji tərəfdaşlığa yüksəlir
Dünya
26.08.2025 17:10
Ermənistan və Böyük Britaniya münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq qərarına gəliblər.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dauti arasında İrəvanda keçirilən görüşdən sonra Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Tərəflər münasibətlərin səviyyəsini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Onlar təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini, o cümlədən gələcək yüksək səviyyəli təmasları, müdafiə məsələləri üzrə hərbi attaşelərin mübadiləsini, həmçinin kibertəhlükəsizlik və hibrid təhdidlərə qarşı mübarizə sahəsində daha sıx əməkdaşlığı müzakirə ediblər", - deyə məlumatda deyilir.
Aysel Mətləb
tag: Ermənistan,Böyük Britaniya,Strateji,Tərəfdaşlıq,Todaypress.tv,