Madura "Qara qızıl" sükanını Trampa təhvil verməyə hazırdır
Dünya
11.10.2025 18:30
Venesuela hökuməti ABŞ-la danışıqlar aparmaq istəsə də, təklif rədd edilib. Ölkə prezident Nikolas Maduro ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu dayandırmaq, iqtisadi sanksiyaları yumşaltmaq üçün neft və qaz sahəsində üstünlüklər təklif edib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ administrasiyası bu təklifi qəbul etməyib və Maduronu “ABŞ ədalətindən qaçan cinayətkar” adlandırıb.
Bunun fonunda Venesuela Silahlı Qüvvələri mümkün fövqəladə vəziyyətə hazırlaşmaq üçün hərbi təlimləri artırıb. Təlimlərdə peşəkar hərbçilər, milis qüvvələri və yerli icma liderləri iştirak edir, məqsəd milli suverenliyi qorumaq və xarici müdaxiləyə qarşı hazır olmaqdır.
Ölkədə neft hasilatı hələ də gündə 1 milyon bareldən aşağıdır, inflyasiya yüksəkdir və son on ildə 7 milyondan çox venesuelalı ölkəni tərk edib. Eyni zamanda bəzi xarici enerji şirkətləri ölkədə məhdud fəaliyyətlərini davam etdirir.
Hazırkı vəziyyət Venesuelanı ABŞ ilə razılaşma ehtimalı və fövqəladə vəziyyət riski arasında kritik bir dönəmə gətirib.
Jalə Rövşən
tag: Nikolas Maduro,ABŞ,Donald Tramp, Neft və Qaz,Todaypress.tv,
