Amsterdamda sülhə dəstək və Ukraynaya silah tədarükünə etiraz yürüşü keçirildi
Dünya
25.05.2025 17:45
Niderlandın paytaxtı Amsterdamda yerləşən Dam meydanında sülhə dəstək və Ukraynaya silah tədarükünə qarşı etiraz aksiyası keçirilib.
TodayPress TV xəbər verir ki, aksiya iştirakçıları ağ və göy rəngli bayraqlarla, sülh simvolikası ilə şəhərin mərkəzi küçələrində yürüş ediblər. Çıxış edən mütəxəssislər əsasən Ukrayna münaqişəsi və NATO-nun bu prosesdəki roluna toxunublar.
Mitinq zamanı Qəzza sektorundakı vəziyyətə də toxunulub. İsrailin hərbi əməliyyatlarını genişləndirməsinə etiraz edən bir iştirakçı bildirib: “Mən burada sülh naminə iştirak edirəm. Qəzzada edilənlərə görə utanıram”.
Tədbirin təşkilatçıları həmçinin iştirakçılara NATO sammitinə qarşı petisiya başlatdıqlarını açıqlayıblar. Haaqada 24-25 iyun tarixlərində keçirilməsi planlaşdırılan sammitə qarşı yönəlmiş petisiyada alyans liderlərinə "qarşıdurma əvəzinə əməkdaşlıq seçmək" və münaqişə bölgələrinə silah tədarükünə son qoymaq çağırışı yer alıb.
“Xalqlar Sülh üçün” (Volkeren Voor Vrede) təşəbbüs qrupu həmçinin nüvə silahının qeyri-nüvə ölkələrində yerləşdirilməsinə son qoyulmasını, NATO qoşunlarının Niderlanddan çıxarılmasını və Rusiya əleyhinə sanksiyaların ləğvini tələb edir.
Töhfə Səməd
tag: Niderland,Amsterdam,Sülh,NATO,Ukrayna,todaypress.tv,