Finlandiya Ukrayna üçün Amerika silahlarının alınması proqramına qoşulacaq

Dünya

15.10.2025 16:52

Finlandiya Ukraynaya sonradan çatdırılmaq üçün ABŞ-dən silahların alınmasını nəzərdə tutan Ukrayna Prioritet Ehtiyaclar Siyahısı (PURL) proqramında iştirak edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə "EFE" agentliyi Finlandiyanın müdafiə naziri Antti Hakkanenə istinadla məlumat verib.

O qeyd edib ki, Finlandiya bu məqsədlə ayırmağa hazır olduğu vəsaitin məbləğini müəyyənləşdirib. Nazir yaxın həftələrdə proqramla bağlı əlavə detalları açıqlayacaqlarını da əlavə edib.

Xatırladaq ki, iyulun 24-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ və Aİ Avropa ölkələrinin bütün hərbi texnikanın dəyərinin 100 faizini ödəməsi barədə razılığa gəlib. Onun sözlərinə görə, bu silahların böyük hissəsi Ukraynaya göndəriləcək və ABŞ əldə olunan vəsaitləri öz müdafiə sənayesinə yönəldəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Finlandiya,Ukrayna,ABŞ,Nazir,Todaypress.tv,