Makqreqor: "ABŞ-də raket ehtiyatı cəmi 8 günə yetir"
Dünya
18.07.2025 10:08
ABŞ Silahlı Qüvvələrinin keçmiş müşaviri, ehtiyatda olan polkovnik Duqlas Makqreqor bildirib ki, ölkənin hazırkı raket ehtiyatı cəmi səkkiz günlük müharibə üçün kifayət edir. Onun sözlərinə görə, bu vəziyyət ABŞ-nin silah ixracını dərhal dayandırmasını zəruri edir.
TodayPress TV xəbər verir ki, Makqreqor bu fikirləri “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib:
“Amerika dərhal xaricə silah göndərməyi dayandırmalıdır. Etibarlı mənbələrdən aldığım məlumata görə, bizim müdafiə və hücum raketlərimizlə yalnız səkkiz gün döyüşmək mümkündür. Bundan sonra nüvə silahına müraciət etməli olacağıq".
Qiymət Mahir
tag: ABŞ ,Duqlas Makqreqor,Amerika ,Donald Tramp,Todaypress.tv,