Madrid hava limanında evsizlərin sayı sürətlə artır
Dünya
18.05.2025 10:25
İspaniyanın ən böyük hava limanı olan Madrid-Barxasda evsizlərin sayı son on ildə 50-dən 500-ə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Ən ciddi vəziyyət Terminal 4-də müşahidə olunur. Burada evsizlər tualetlərin yaxınlığında, restoranlarda və məlumat ekranlarının arxasında yerə uzanaraq gecələyirlər. Hava limanı işçiləri sanitariya problemləri, aqressiya halları, bıçaq gəzdirmək və narkotik istifadəsi kimi hallardan şikayətlənirlər.
Bəzi sahələrdə yataq böcəkləri səbəbindən zərərvericilərlə mübarizə tədbirləri görülüb. Həmkarlar ittifaqları isə həm turistləri qorumaq, həm də evsizlər üçün uyğun şərait yaratmaq üçün təcili tədbirlərin görülməsini tələb edir.
Hazırda polis terminallarda patrul xidmətini gücləndirib, lakin məsələnin həlli ilə bağlı konkret tədbirlər hələ müzakirə mərhələsindədir.
Türkan İsgəndərli
tag: İspaniya,Evsiz,Hava limanı,Dünya,todaypress.tv,