Macarıstan Aİ-ni Antifa üzvlərini terrorçular kimi təyin etməyə çağırdı
Dünya
20.09.2025 14:30
Macarıstan xarici işlər naziri Peter Siyarto Avropa diplomatiyasının rəhbəri Kaya Kallasa məktub göndərib.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Belə ki, o, sol radikal “Antifa” hərəkatının üzvlərini terrorçular kimi tanımağa çağırıb.
“Avropa İttifaqına ABŞ-dən nümunə götürməyi, “Antifa” hərəkatını terror təşkilatları siyahısına əlavə etməyi və onlarla əlaqəli olan qruplara qarşı lazımı məhdudlaşdırıcı tədbirlər görməyi qətiyyətlə tövsiyə edirəm”, - deyə nazir bildirib.
Onun fikrincə, belə məsələlərdə ölkələr arasında hərəkətlərin əlaqələndirilməsi çox vacibdir.
Qeyd edək ki, sentyabrın 19-da Hollandiya parlamentinin aşağı palatası Antifa hərəkatını terror təşkilatı kimi tanıyan qətnaməni təsdiqləyib. KİV-in məlumatına görə, zorakı solçu radikal fəallara aid olan qətnaməni bir neçə siyasi partiya da dəstəkləyib.
Orxan Saffari
tag: Macarıstan,Aİ,Terrorçu,Antifa,Todaypress.tv,
