Ukrayna nümayəndə heyəti Aİ nümayəndələri ilə görüşdü

Dünya

02.06.2025 13:59

Ukrayna nümayəndə heyəti İstanbulda Rusiya ilə danışıqlardan öncə Almaniya, İtaliya və Böyük Britaniya nümayəndələri ilə görüş keçirib. 

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, xarici işlər nazirinin birinci müavini Sergey Kislytsya və Ukrayna nümayəndə heyətinin üzvü Oleksandr Bevz İstanbulda Ukraynanın avropalı tərəfdaşları ilə fikir mübadiləsi aparıblar.

Danışıqlar ərəfəsində tərəflər mövqelərini razılaşdırıblar. 

Məlumata görə, Ukrayna nümayəndələri ölkələrinin sülh səylərinə sadiqliyini bir daha vurğulayıb və liderlərin görüşü, hərtərəfli atəşkəs, eləcə də humanitar etimadın möhkəmləndirilməsi tədbirləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü bu gün Bakı vaxtı ilə saat 14:00-da İstanbulun Çırağan sarayında keçiriləcək.

Türkan İsgəndərli

tag: Ukrayna,Rusiya,Türkiyə,Britaniya,todaypress.tv,