Fidan Qəzza ilə bağlı çağırış etdi
Dünya
08.07.2025 11:00
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə BRICS platformasına ciddi maraq göstərir və qlobal sistemdəki dəyişiklikləri yaxından izləyir.
TodayPress TV xəbər verir ki, bu barədə o, "TRT Haber"ə açıqlamasında deyib.
Fidan həmçinin Qəzza münaqişəsinin dayanması ilə bağlı çağırış edib. Nazir Fələstində baş verənlərə toxunaraq, Qəzzada atəşkəsin bir an əvvəl həyata keçirilməsini və soyqırımın dayandırılmasını tələb edib.
O, həmçinin Rusiyadan və Ukraynadan gələn siqnallara toxunaraq, İstanbulda danışıqların üçüncü raundunun keçirilə biləcəyini, Rusiyanın buna hazır olduğunu, Ukraynadan isə cavab gözlədiklərini bildirib.
Nazir İran və İsrail arasında əldə olunmuş atəşkəsin hələ də qüvvədə olduğunu, lakin İranın nüvə proqramı ilə bağlı danışıqların bərpasının qeyri-müəyyən qaldığını da qeyd edib.
Türkan İsgəndərli
tag: Türkiyə,XİN,Yaxın Şərq,Rusiya-Ukrayna,BRICS,Todaypress.tv,