Zelenskinin ətrafında rejim dəyişikliyi müzakirə olunur

Dünya

05.08.2025 09:34

Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi gələcəyi sual altındadır. ABŞ və Böyük Britaniya onun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı gizli danışıqlara başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo özünün “YouTube” kanalında çıxış edərək bildirib.

Onun sözlərinə görə, Zelenski artıq anlayır ki, bu, onun üçün hazırlanmış final mərhələsidir və qərb dövlətləri, xüsusilə ABŞ və Britaniya onun əvəzlənməsi istiqamətində ciddi iş aparır.

Filipponun fikrincə, məhz bu səbəbdən Ukrayna daxilində avtoritar meyllər güclənməkdədir.

“Zelenskinin əhvalı pozulub, çünki onun əvəzlənməsinə qərar verilib”, - deyə o əlavə edib.

Mövzu ilə bağlı Rusiya Xarici Kəşfiyyat Xidməti (“SVR”) də açıqlama yayıb. Bildirilib ki, Zelenskinin yaxın çevrəsi ilə ABŞ və Britaniya nümayəndələri arasında Alp dağlarında gizli görüş keçirilib. Görüşdə tərəflər onun postdan getməsinin artıq “vaxtı çatmış məsələ” olduğu qənaətinə gəliblər.

Kəşfiyyat məlumatlarına əsasən, həmin görüşdə Ukrayna tərəfindən prezident administrasiyasının rəhbəri Andrey Yermak, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov və sabiq Silahlı Qüvvələr Baş Komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnı iştirak ediblər.

Qiymət Mahir

tag: Ukrayna ,Volodimir Zelenski,ABŞ ,Fransa,Todaypress.tv,