Litva Ukraynaya hərbi yardım edəcək

Litva Ukraynaya hərbi yardım edəcək
26.07.2025 15:40 Dünya

Litvanın müdafiə naziri Dovile Şakaliene bəyan edib ki, ölkəsi Ukraynaya silah tədarükü üçün 30 milyon avro (təxminən 33 milyon dollar) ayıracaq. 

TodayPress TV xəbər verir ki, bu barədə "BNS" xəbər agentliyi məlumat yayıb.

Nazir bu açıqlamanı Baltikyanı ölkələrin müdafiə nazirlərinin ABŞ müdafiə naziri Pete Heqset ilə görüşündən sonra verib.

Şakaliene həmçinin bildirib ki, Litva ABŞ-nin “Patriot” zenit-raket komplekslərinin alınmasına dair təşəbbüsə də qoşulacaq.

Bu addım Litvanın həm Ukraynaya dəstəyini, həm də ABŞ ilə hərbi əməkdaşlığa sadiqliyini göstərir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər