Kreml Xameneinin Putinə göndərdiyi mesajı təkzib etdi

Dünya

24.06.2025 14:03

"Reuters" agentliyinin İranın xarici işlər naziri Abbas Əraqçinin İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin mesajını Rusiya Prezidenti Vladimir Putinə çatdırdığı barədə yaydığı məlumat təkzib olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA"ya açıqlamasında bildirib.

Kreml rəsmisinin sözlərinə görə, iranlı nazir Rusiya liderinə heç bir yazılı sənəd təqdim etməyib: “Bəli, İran rəhbərliyi tərəfindən müəyyən fikirlər səsləndirilib. Amma "Reuters"in yaydığı məlumat mahiyyət etibarilə gerçəkliyə uyğun deyil”, – deyə Peskov qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl İran mediası Tehranın ABŞ və İsraillə gərginlik fonunda Rusiyanın dəstəyindən məmnun qalmadığını yazmış və daha ciddi yardım gözlədiyini qeyd etmişdi. Lakin İran tərəfinin Moskvadan konkret olaraq nə istədiyi açıqlanmamışdı.

Töhfə Səməd

tag: Kreml,Peksov,İran,Rusiya,Todaypress.tv,