Kolumbiyada fövqəladə vəziyyət elan edildi
Kolumbiyada baş verən güclü zəlzələdən sonra ölkə prezidenti Abelardo de la Espriella 15 departamentdə 30 günlük iqtisadi, sosial və ekoloji fövqəladə vəziyyət elan edib.
TodayPress TV xəbər verir ki, yerli medianın məlumatına görə, təbii fəlakət nəticəsində 314 nəfər həyatını itirib, təxminən 4 500 nəfər yaralanıb.
Daha 262 nəfərdən isə xəbər yoxdur. 7,4 bal gücündə zəlzələ avqustun 10-da baş verib. Yeraltı təkanların episentri Şoko departamentinin San-Xose-del-Palmar bələdiyyəsində qeydə alınıb.
Zəlzələ Boqota, Pereyra və Manizales şəhərlərində də hiss olunub. Bir sıra binalar dağılıb, magistral yollar və hava limanlarında fəaliyyət pozulub.
Hakimiyyət dağıntıların aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün genişmiqyaslı işlər aparır.
Türkan İsgəndərli
TodayPress TV