Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO

Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO
20.08.2026 09:20 Dünya

Rusiya qüvvələrinin Moskvanın paytaxtı Kiyevə növbəti hücumu nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, partlayış, dağıntı və yanğınlar paytaxtın Svyatoşinski, Darnitski və Solomenski rayonlarında qeydə alınıb.

Zərbələr nəticəsində yaşayış binalarının və tibb müəssisəsinin pəncərələri sınıb. Həmçinin avtomobillər, qarajlar və mağazada yanğın baş verib.

Hazırda xilasedicilər hücumun nəticələrinin aradan qaldırılması üçün çalışır. Şəhərdə hava hücumundan müdafiə qüvvələri də fəaliyyət göstərir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər