KİV: Putin Ukraynadakı vəziyyəti gərginləşdirir
"Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin qərarsız mövqeyindən istifadə edərək, Ukraynadakı vəziyyəti daha da gərginləşdirir".
TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" qəzeti yazıb.
Məqalədə qeyd olunur ki, sentyabrın 8-nə keçən gecə Rusiya Ukraynaya qarşı pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə güclü hücum həyata keçirib. Bu hücumlardan biri indiyə qədər olan ən güclü hücumlardan sayılır.
Qəzet yazır ki, Putin Qərb ölkələrinin zəif və gecikmiş reaksiyalarını müşahidə etdikdən sonra belə addımlar atır.
Türkan İsgəndərli