Katzdan sərt xəbərdarlıq: “Səddamın aqibətini unutmasın”

Katzdan sərt xəbərdarlıq: “Səddamın aqibətini unutmasın”
17.06.2025 14:35 Dünya

İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İranla bağlı hərbi əməliyyatlarını davam etdirəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə ordu rəhbərliyi ilə görüşdən sonra danışıb.

Nazir bildirib ki, İranın son raket hücumları cavabsız qalmayacaq. Katz İranın Ali dini lideri Əli Xameneiyə ismarıc göndərərək, İraqın devrilmiş prezidenti Səddam Hüseynin taleyini xatırlamağı tövsiyə edib.

“İsrailə qarşı çıxan o diktatorun necə sonluqla üzləşdiyini unutmasın”, – deyə müdafiə naziri vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər