Kanadada təcili eniş edən təyyarə avtomobillərə çırpıldı, qadın öldü
Kanadanın Britaniya Kolumbiyası əyalətində kiçik ikimühərrikli təyyarə magistral yola təcili eniş edərkən bir neçə avtomobillə toqquşub.
TodayPress TV CBC telekanalına istinadən xəbər verir ki, avtomobillərdən birində qadın qızı ilə birlikdə olub və ana hadisə yerində ölüb.
Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurasının məlumatına görə, göyərtəsində səkkiz nəfərin olduğu təyyarənin mühərriklərindən biri sıradan çıxıb. Pilot enişə başlayıb və Şahzadə Corc şəhəri yaxınlığındakı yola təyyarəni endirməyə cəhd edib. “Bild” xəbər verir ki, sürücülər təyyarəni çox gec görüblər və onun qanadı bir neçə avtomobilə dəyib.
“O, birdən-birə düz başımın üstündə peyda oldu. Kənara çəkilməyə çalışdım, amma qanad avtomobilin damını tamamilə dağıtdı”, – sağ qalan sürücülərdən biri Ceymi Poliuk deyib.
Qiymət Mahir