Kanada Ukrayna üçün "Leopard 2" tanklarının texniki xidmətinə 14,6 milyon dollar ayıracaq

Dünya

21.07.2025 22:20

Kanada hökuməti Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün "Leopard 2" tanklarının texniki xidməti məqsədilə əlavə 20 milyon Kanada dolları ayıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə Kanada milli müdafiə naziri Devid Makqinti Ukrayna üzrə Əlaqələndirmə Qrupunun virtual iclasında məlumat verib.

Nazirin sözlərinə görə, avqust ayından etibarən Kanada Polşada yerləşən logistika mərkəzinə 50 ədəd zirehli texnika göndərməyə başlayacaq. Bu təchizatın ilin sonuna qədər tam başa çatdırılması planlaşdırılır.

Makqinti həmçinin vurğulayıb ki, Kanada 2022-ci ilin fevralından bu yana Ukraynaya ümumilikdə 6,5 milyard Kanada dolları (təxminən 14,75 milyard ABŞ dolları) həcmində hərbi yardım göstərməyi öhdəsinə götürüb

tag: Kanada,Ukrayna,Yardım,Leopard Tank,Todaypress.tv,